Terms & conditions

İstifadəçi Razılaşması 

Bakı şəhəri “___”_______2020

Bu Razılaşma birlikdə “Tərəflər”, ayrılıqda bir tərəfdən “Administrasiya” adlandırılacaq, ödənişli şəkildə məsafəli daşıma xidmətini həyata keçirdən, istifadəçilər, istifadəçilər və digər şəxslər arasında həmçinin istifadəçi(lər) və “Tərəfdaşın(ların)” öz aralarında, şifahi və ya yazılı olaraq razılaşdıqları alqı-satqı, həmçinin öhdəlik və vəzifə doğuran digər hüquq münasibətlərində tərəf olmayan, “TEZİBU” internet resursunun və mobil əlavənin (platforma) sahibi “TEZİBU” Məhdud Məsuliyyətli Cəmiyyəti (Bakı şəhəri Yasmal rayonu, M.Muxtarov küçəsi 188, mənzil 65, VÖEN 1306739691), digər tərəfdən “İstifadəçi” adlandırılacaq TEZİBU.az internet resursunda qeydiyyatdan keçən və ya TEZİBU app. proqram təminatını, mobil cihazına xidmət şərtləri ilə razılaşaraq yükləmiş tərəfdir.
TEZİBU.az internet resursunda qeydiyyatdan keçmiş və ya TEZİBU app. proqram xidmətindən yararlanan digər şəxslər, İstifadəçi razılaşmasını heç bir pritenziya və əlavə olmadan qəbul etmiş sayılır.

Anlayışlar

Bu Razılaşmada bunlarla məhdudlaşmayan aşağıdakı anlayışlardan istifadə olunur:
Platforma –TEZİBU.azveb ünvanında yerləşdirilmiş internet resursu, müxtəlif əməliyyat sistemləri əsasında internet resursuna əlavələr və başqa xidmətlər, mobil əlavə, proqram təminatı, habelə Administrasiya, Tərəfdaş, Kuryer və İstifadəçi tərəfindən yerləşdirilmiş məlumat bazasından ibarət olan informasiya sistemidir.
Administrasiya – Platforma üzərində mülkiyyət hüquqlarına və onu idarəetmə səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən, “TEZİBU” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
İstifadəçi – əşya və ya əşyaların, bağlamaların ünvana çatdırılması və ya Tərəfdaşların Platforma üzərindən təklif etdikləri mal və məhsulların satınalınması və çatdırılması üçün platformanın xidmətlərindən istifadə edən razılaşma şərtlərini qəbul etmiş tam fəaliyyət qabiliyyətli və ya qanunvericiliklə icazə verilmiş əqdləri müstəqil şəkildə bağlaya biləyən 7 yaşdan 14 yaşa qədər olan şəxslər və 14 yaşdan 18 yaşa qədər olan istənilən məhdud fəaliyyət qabiliyyətli fiziki şəxs və ya qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi şəxsdir.
Tərəfdaş- Platformanın xidmətlərindən və imkanlarından istifadə edərək, mal və məhsulların satışının həyata keçirirlməsi və istifadəçilərə çatdırılması üçün, öz mal və məhsullarını, onların satış şərtləri, habelə loyallıq proqramı və aksiyalar barədə məlumatları Platformaya yerləşdirməkdən ötrü, Administrasiyaya təqdim etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərdir.
Kuryer – Gəlir əldə etmək məqsədi ilə Administrasiya ilə tərəfdaşlıq edən və İstifadəçilərin sifarişi əsasında çatdırma xidmətini həyata keçirmək üçün Platformada qeydiyyatdan keçmiş öz adından və öz hesabına fəaliyyət göstərən 18 yaşına çatmış, emansipasiya olunmuş və ya 18 yaşına çatanadək nigaha girməyə qanun yol verdiyi halda 18 yaşına çatmamış tam fəaliyyət qabiliyyətli fiziki şəxs, fərdi sahibkar və ya qanunvericiliyə uyğun şəkildə təsis olunan hüquqi şəxsdir.
İstifadəçinin hesab və şəxsi məlumatları – İstifadəçinin qeydiyyat vaxtı və ya platformanın xidmətlərindən istifadə edərkən sərbəst şəkildə özü haqqında təqdim etdiyi şəxsi məlumatlar daxil olmaqla istənilən informasiya, Platformadan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumat, o cümlədən IP-ünvan, cookie-dən məlumat, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa məlumatlardır.
TEZİBU app. – İstifadəçinin mobil cihazlarına yüklənən, ona Tərəfdaşların malları və xidmətləri, onların satış şərtləri, həyata keçirdiyi loyallıq proqarmı və aksiyaları ilə tanış olmaq, mal və məhsulları seçmək, satın alaraq olduğu və ya sifariş verdiyi digər ünvana çatdırmaq üçün sifariş etmək, həmçinin istifadəçiyə məxsus poçt, göndəriş və digər malların istifadəçi və ya digər şəxslərə çatdırılmasını, sifarişin icra statusunu, çatdırmanı həyata keçirən kuryerin hərəkət trayektoriyasını izləmək imkanı verən proqram təminatıdır.
Loyallıq proqramı – İstifadəçilərdə Tərəfdaşın mal və məhsullarına, Platformanın xidmətlərinə loyallığı artıran platformanın funksionallığıdır.
Keşbək – İstifadəçinin Platformanın funksionallığından istifadə etməklə ödədiyi sifariş qiymətinin müəyyən hissəsinin ona geri qaytarılması prosesi nəticəsində yaranan xüsusi balansdır. İstifadəçi keşbək balansındakı məbləği yalnız sifarişin və daşımanın qiymətinin ödənişi üçün istifadə edə bilər.


Razılaşmanın predmeti

İstifadəçi TEZİBU.az internet resursunda qeydiyyatdan keçməklə və ya TEZİBU app. proqram təminatını mobil cihazına yükləməklə əşya və ya əşyaların, bağlamaların ünvana çatdırılması və ya Tərəfdaşların Platforma üzərindən təklif etdikləri mal və məhsullar, onların satış şərtləri, həyata keçirdiyi loyallıq proqarmı və aksiyaları ilə tanış olmaq, satın alınmış mal və məhsulların çatdırılması üçün platformanın xidmətlərindən istifadə edir. Platformada qeydiyyat və onun funksional imkanlarından istifadə pulsuz həyata keçirilir.
Administrasiya istənilən vaxt platformanın funksionallığında İstifadəçini məlumatlandırmadan dəyişiklik edə bilər. İstifadəçi dəyişikliklərlə müstəqil şəkildə platformada tanış olmaq öhdəliyi daşıyır.
Administrasiya İstifadəçi ilə Tərəfdaşlar və ya Kuryer arasında ticarət münasibətlərinin iştirakçısı olmamaqla, Tərəfdaşların mal və məhsullarının məsafədən realizasiyası, İstifadəçilərinisə həmin mal və məhsullarının məsafədən satınalması və istədikləri ünvana çatdırılması, habelə əşya və ya əşyaların, bağlamaların ünvana çatdırılması üçün platforma üzərindən İstifadəçi, Tərəfdaş və/və ya Kuryer arasında informativ və əlaqələndirici xidmətləri həyata keçirir.


İstİfadəçİnİn yüklülüklərİ

İstifadəçi TEZİBU.az internet resursunda qeydiyyatdan keçməklə və ya TEZİBU app. proqram təminatını mobil cihazına yükləməklə özü barəsində doldurduğu şəxsi məlumatların (ad, soyad, ünvan, əlaqə nömrəsi və s.) doğruluğunu təsdiq edir, yaranacaq çatışmamazlıq və dəyə biləcək zərərə görə məsuliyət daşıyır.
İstifadəçi, göndəriş alıcısının məlumatlarını (Adı, Soyadı, Telefon, Ünvanı) və göndərişi barədə mühüm əhəmiyyət kəsb edən məlumatları “Administrasiya” və “kuryerə” tam və dəqiq şəkildə verməlidir. Bu məlumatların verilməməsi, natamam və yalnış verilməsi nəticəsində yaranacaq çatışmamazlıq və dəyəcək zərərə görə məsuliyyət İstifadəçiyə aiddir.
Administrasiya tərəfindən göstərilən Xidmətin icrası zamanı, göndərişi qəbul etməli şəxs təqdim etdiyi telefon nömrəsində zəngləri qəbul etmək üçün əlçatan olmalıdır. Həmçinin kuryerin qeyd olunan ünvana sərbəst və maneəsiz giriş imkanına şərait yaratmalıdır. Bu şəraitin yaradılmaması və ya zənglərə cavab verilməməsi nəticəsində, sifarişin icra edilməməsinə və ya geri qaytarılmasına görə yaranmış əlavə xərc, çatışmamazlıq və zərərə görə istifadəçi şəxsən məsuliyyət daşıdığını qəbul edir. İstifadəçivə digər şəxslər sifarişin hazırlanması ilə sifarişdə göstərilən məhsulların alınması vaxtı arasında sifarişdə göstərilən təsdiq olunmuş yerdə olmalıdır. Əgər istifadəçi sifariş edilmiş məhsulların çatdırılmasından sonra 5 dəqiqə ərzində təsdiqlədiyi yerdə olmazsa və İstifadəçi çatdırılma edən kuryer tərəfindən 3 əlaqə cəhdindən sonra cavab vermirsə və ya telefonu sönülüdürsə, çatdırılma Administrasiya tərəfindən ləğv edilə bilər və istifadəçidən sifarişin və göstərilən xidmətin tam qiyməti tutula bilər.
İstifadəçinin hesab və şəxsi məlumatlardan istifadə edilməklə həyata keçirilən istənilən hərəkətlər İstifadəçinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilmiş hesab olunur, bu məlumatların ixtiyari və ya qeyri-ixtiyari yayılması ilə bağlı məsuliyyət istifadəçiyə məxsusdur, bununla bağlı yarana biləcək çatışmamazlıq, zərər və hüquq pozuntusuna görə istifadəçi şəxsən məsuliyyət daşıdığını qəbul edir.
İstifadəçi tərəfindən, kuryerə təhvil verilmiş göndəriş, daşıma ərəfəsində zərər görməyəcək və təhlükəsiz qaydada qablaşdırılmış şəkildə təslim edilməlidir. Qablaşdırmanın qüsurlu edilməsi nəticəsində dəymiş zərər və ziyana görə Administrasiyanın heç bir məsuliyyət daşımamasını tərəflər qəbul və təsdiq edir.
İstifadəçi qablaşmanın içərisinə daşınması və satışı qanunvericiliklə qadağan edilmiş və ya məhdudlaşdırılmış (qiymətli kağız və pul, məxfi sənəd və göndərişlər,narkotik vasitə və ya onun proeksionları, pisxatrop dərman və ya onun proeksionları, silah, tez alışan və ya partlamaq təhlukəsi olan, zəhərli və.s) əşyalar qoymadığını qəbul edir və buna görə qanunvericilik qarşısında şəxsən məsuliyyət daşıyır.
İstifadəçi TEZİBU xidmətlərindən istifadə edərkən, o cünlədən akaqol və tütün alarkən qanunla tətbiq edilən bütün qaydalara və tənzimləmələrə əməl etməlidir. Kuryer tərəfindən dərman perepatları və vasitələri, alkaqol və tütün yalnız 18 yaşına çatmış istifadəçi və digər şəxslərə təslim edilir. Bu barədə yaranmış hüquq pozuntularına görə cavabdeh kuryer, istifadəçi və sonuncunun qəyyumu və ya himayəçisidir.
İstifadəçi bunları etməyəcək, başqa bir şəxsin şəxsi TEZİBU hesabından onun razılığı olmadan istifadə etmək, TEZİBU vasitəsi ilə digər şəsin şəxsi ödəmə məlumatlarına daxil olmaq, istifadəçi və ya digər şəxsin razılığı olmadan TEZİBU xidmətlərindən istifadə edərkən başqa bir şəxsin ödəmə kartlarından istifadə etmək, TEZİBU xidmətinin və ya hər hansı əlaqəli texnalogiyanın sürətini çıxarmaq, dəyişdirmək və ya törəməsini yaratmaq, TEZİBU xidməti və ya əlaqəli bir texnalogiya və ya onun hər hansı bir hissəsi üçün tərs layihələndirmək, parçalamaq, sökmək, deşifrə etmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərmək, TEZİBU xidmətində olan hər hansı müəllif hüquqları, əmtəə nişanı və ya digər mülküyyət hüququ bildirişlərini silmək, Platformaya daxil edilmiş hər hansı bir reklamı silmək, örtmək və ya gizlətmək, TEZİBU xidmətindən əldə edilmiş hər hansı bir məlumatı ADMİNSTRASİYANIN razılığı olmadan toplamaq istifadə etmək, surətini çıxarmaq və ya ötürmək, TEZİBU xidmətlərindən istifadə edərkən bot proqramlarından və ya digər avtomatlaşdırılmış metodlardan istifadə etmək, saxta indentilik və ya başqa birinin identikliyindən istifadə edərək TEZİBU hesabı yaratmaq.
İstifadəçi əgər alqı-satqı müqaviləsinin yerinə yetirilməsində çatışmazlıqları və ya nöqsanları aşkar edərsə, bu barədə Adminstrasiyay məlumat verməlidir, Tərəfdaş sifarişin məzmunu və hazırlanmasında hər hansı nöqsan və ya çatışmamazlıqlara yol verərsə, buna görə özü məsuliyyət daşıyır. TEZİBU alqı satqı müqaviləsində tərəf deyil.
Müqavilə tələblərinin pozulmasına, həmçinin Administrasiya tərəfindən razılıq olmadan və ya onun maraqlarına zidd şəkildə yazılmış şərhlərə, qeyd və reklamlara görə Administrasiya İstifadəçini xəbərdar etmədən, onun qeydiyyatını müvəqqəti olaraq bloklaşdıra və ya tamamı ilə ləğv edə bilər.


ADMİNİSTRASİYNIN HÜQUQ və VƏZİFƏLƏRİ

Administrasiya qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi hesab və şəxsi məlumatların 3-cü şəxslərə verilməməsinə zəmanət verir.
Platforma üzərindən Tərəfdaşa və ya Kuryerə məlumatların ötürülməsi və ya onlar arasında yayılması (İstifadəçinin adı, soyadı, atasının adı, hüquqi şəxsin adı, ünvanı, elektron poçt ünvanı, sosial şəbəkə barədə məlumat, əlaqə məlumatları və s.) məlumatların 3-cü şəxslərə qanunsuz ötürülməsi hesab olunmur. Tərəfdaşlar və ya Kuryer tərəfindən İstifadəçinin təqdim etdiyi məlumatların yayılması, sui-istifadə edilməsi, həmin məlumatlardan istifadə edilməklə İstifadəçinin hüquqlarının pozulmasına görə Administrasiya məsuliyyət daşımır.






Platformada qeydiyyat

Platformada qeydiyyatdan keçdikdən və ya TEZİBU app. mobil cihazına yüklədikdən sonra İstifadəçi platformanın xidmətlərindən istifadə hüququ əldə edir.
Qeydiyyatdan keçərkən İstifadəçinin hesab və şəxsi məlumatları göstərilir. İstifadəçi hesab və şəxsi məlumatlarını dəyişə bilər.



Platformadan və xidmətlərdən istifadə

İstifadəçilər Platformada əsas iki növ xidmətlərdən istifadə edə bilər:
Platformada qeydiyyatdan keçmiş Tərəfdaşların mal və məhsullarının satınalınması və ünvana çatdırılması üçün sifarişin verilməsi;
əşya və ya əşyaların, bağlamaların İstifadəçidən götürülərək üçüncü şəxslərə çatdırılması və ya üçüncü şəxslərdən götürülərək İstifadəçinin olduğu ünvana çatdırılması üçün sifarişin verilməsi.
Platformada qeydiyyatdan keçmiş Tərəfdaşların mal və məhsullarının satınalması və ünvana çatıdırılması üçün sifarişin verilməsi İstifadəçi tərəfindən müstəqil şəkildə və Platformada nəzərdə tutulan qaydada həyata keçirilir.
İstifadəçi sifariş verəcəyi mal və məhsulları və onların çatdırılması üçün sifarişini təsdiq etmədən öncə sifariş veriləcək mal və məhsulların ünvana çatdırılma ilə birlikdə ümumi qiyməti Platformada əks olunur. İstifadəçi tərəfindən sifarişin təsdiq olunması onun sifariş verilmiş mal və məhsulların satınalmasına, çatdırılmasına və qiymətinə razılığını ifadə edir.
Əşya və ya əşyaların, bağlamaların İstifadəçidən götürülərək üçüncü şəxslərə çatdırılması və ya üçüncü şəxslərdən götürülərək İstifadəçinin olduğu ünvana çatdırılması üçün sifarişin verilməsi İstifadəçi tərəfindən müstəqil şəkildə və Platformada nəzərdə tutulan qaydada həyata keçirilir.
Sifarişin çatdırılması üçün Kuryer Platforma tərəfindən avtomatik olaraq təyin edilir. Sifarişin çatdırılması İstifadəçinin Platforma üzərindən sifarişin rəsmiləşdirilməsi zamanı təyin etdiyi ünvan (və ya ünvanlar) və vaxt üzrə həyata keçirilir. İstifadəçi tərəfindən Sifarişin çatdırılması üçün vaxt təyin edilmədikdə, Platforma İstifadəçiyə Sifarişin maksimal çatdırılma müddətini bildirir. Bu müddət Platforma tərəfindən məsafəyə və sərf olunan ortalama vaxta görə təxmini hesablanan müddətdir və Administrasiya haqlı olaraq yubanma və gecikmələrə görə məsuliyyət daşımır.
Administrasiya Tərəfdaşlar tərəfindən Platformada yerləşdirilməsi üçün Administrasiyaya təqdim edilmiş məlumatların dəqiqliyinə zəmanət vermir və onların natamamalığı, mötəbər olmamasına (misal olaraq: mal və məhsulların satış üçün mövcud olması, onların təsviri, tərkibi, originallığı, xüsusiyyətləri, yararlılığı və s.) görə məsuliyyət daşımır. Sifarişin icraya qəbul edilməsi anında, sifariş edilən mal və məhsullar mövcud olmadıqda və ya zəruri sayda olmadıqda İstifadəçiyə Platforma üzərindən sifarişin dəyişdirilməsi və ya mövcud olmayan mal və məhsulun sifariş siyahısından çıxarılması təklif oluna bilər.
Administrasiya çatdırılma üçün Kuryerə təqdim edilmiş əşya və ya əşyaların nədən ibarət olması, onların keyfiyyəti, xüsusiyyəti, bağlamalarda mövcud olan əşyaların nədən ibarət olmasında maraqlı deyildir və onlarda mövcud olan nöqsanlara görə məsuliyyət daşımır. İstifadəçiyə və digər şəxsə sifariş verilmiş mal və məhsul Tərəfdaşdan yalnız vizual görünüşünün yol verdiyi həcmdə təhvil götürülür və buna uyğun olaraq onlara təhvil verilir. Vizual görünüşünə görə tərəfdaşdan təhvil götürülmüş mal və məhsulun tamlığı və bütövlüyündə, daşıma xidmətlərinin lazimi qaydada icra edilməməsi nəticəsində, hər hansı bir çatışmamazlıq və ya zərər yaranarsa 100 manata qədər məbləğ həcmində Administrasiya istifadəçi qarşısında məsuliyyət daşıyır, bu məbləğ sonradan subarqasiya qaydasında kuryerin hesabından tutulur və ya mülkü qaydada tələb edilir. Zərər əgər göstərilən məbləğdən çox olarsa, həmin məbləğ istifadəçi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq kuryerdən tələb olunur, buna görə Administrasiya heç bir məsuliyyət daşımır. Daşıma xidmətlərinin icrası zamanı, dəymiş zərərlə bağlı, bu müqaviləyə uyğun olaraq Administrasiyanın istifadəçi qarşısında üzərinə götürmüş olduğu öhdəlik, sonuncu tərəfindən 3 (üç) iş günü ərzində İstifadəçinin kredit kartına və ya nağd şəkildə geri ödənilir. Ödəniş keşbəklə həyata keçirildikdə isə İstifadəçinin keşbək balansı 3 (üç) iş günü ərzində balansından tutulmuş məbləğdə bərpa olunur.
Sifariş təhvil verildikdən sonra İstifadəçi, Tərəfdaş və Kuryer arasında münasibətlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və Administrasiya həmin münasibətlərin iştirakçısı sayılmır.
Sifarişin statusu barədə məlumatlar İstifadəçiyə aşağıdakı kommunikasiya kanalları vasitəsi ilə çatdırıla bilər:
Mail göndərmə;
Push-Bildirişlər;
SMS göndərmə.



Ödəniş şərtləri

İstifadəçi Platformanın müvafiq ödəmə funksiyasından istifadə edərək Sifarişdə göstərilən satınalma və/və ya çatdırılmanın qiymətini ödəyir. Administrasiya Tərəfdaşın və/və ya Kuryerin adından İstifadəçilərdən bütün ödənişləri toplayır. Sifariş Platformanın funksiyasından istifadə olunmaqla edilirsə, İstifadəçi Platformanun müvafiq funksiyası vasitəsilə ödənişi təsdiqləyir. İstifadəçinin ödəmə öhdəliyi Platformada Sifariş təsdiq edildikdə yaranır.
İstifadəçi ödəniş öhdəliyini Platformada təqdim olunan aşağıdakı ödəmə üsullarından birini seçməklə yerinə yetirə bilər:
Nağd ödəniş (sifarişin məbləği 200 manatdan çox olmadıqda) – İstifadəçi bu ödəmə üsulunu seçdikdə, sifarişin qiyməti Kuryer tərəfindən sifariş istifadəçi və ya digər şəxslərə təslim edilməmişdən əvvəl ödənilir. Nağd sifariş məbləği 200 manatdan çox olduqda isə, həmin məbləğ yalnız Administrasiyanın razılığı əsasında, istifadəçi tərəfindən kuryerə, sifarişdən bilavasitə əvvəl ödənilir.
Onlayn ödəniş – İstifadəçi bu ödəmə üsulunu seçdikdə, İstifadəçi ödənişi Platformada təqdim olunan müvafiq onlayn ödəmə funksiyası vasitəsi ilə həyata keçirir. Bu halda sifariş İstifadəçi tərəfindən Platformada təsdiq edilərkən onun qiyməti İstifadəçinin kredit kartından əvvəlcədən tutulur. Administrasiya ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edir.
Keşbəklə ödəniş – İstifadəçi bu ödəmə üsulunu yalnız Loyallıq proqramı çərçivəsində topladığı keşbək balansı kifayət etdikdə seçə bilər. İstifadəçi bu ödəmə üsulunu seçdikdə, sifariş İstifadəçi tərəfindən Platformada təsdiq edilərkən onun qiymətinin bir hissəsi İstifadəçinin keşbək balansından avtomatik olaraq tutulur. Bu halda İstifadəçinin keşbək balansı bu üsulla ödəmək istədiyi məbləğdə azalır.
İstifadəçi sifarişin qiymətinin Platformada təqdim olunan ödəmə üsulları ilə ödənişinə razılıq verir.

Məsuliyyətin məhdudlaşdırılması

İstifadəçi razılaşır ki, o platformanın xidmətlərindən riskləri və məsuliyyəti öz üzərinə götürməklə istifadə edir.
Administrasiya İstifadəçi ilə Tərəfdaşlar, Kuryer və 3-cü şəxslər arasında münasibətlər və mübahisələrin tərəfi deyildir və İstifadəçi platformanın xidmətlərindən istifadə nəticəsində ona qarşı qaldırılan iddialar və ya onun tərəfindən irəli sürülən iddialardan irəli gələn mübahisələri Administrasiyanı cəlb etmədən həll edəcəkdir.
İstifadəçi Administrasiyanı platformanın xidmətlərinin keyfiyyəti və qüsurları ilə bağlı əldən çıxmış fayda, dəymiş mənəvi və maddi ziyan üzrə məsuliyyətdən azad edir.
İstifadəçi anlayır və razılaşır ki, Administrasiya Tərəfdaşların platforma vasitəsi ilə təklif etdiyi mallar və məhsullarla bağlı bütün lazımı hüquqlar, icazələr və lisenziyalara malik olması, həmin mallar və xidmətlərin qanunvericiliklə dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan malların və məhsulların kateqoriyasına aid edilib-edilməməsi, malların və ya məhsulların keyfiyyəti, tətbiq dilən loyallıq proqramının etibarlığı, həqiqətə uyğun olması, 3-cü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmamasını müəyyən etmək iqtidarında deyildir, bununla bağlı İstifadəçinin hüquqlarının pozulmasına görə məsuliyyət daşımır və İstifadəçi Tərəfdaşlar və onun arasında yaranan mübahisələrə Administrasiyanı cəlb etməyəcəkdir.
İstifadəçi bəyan edir ki, çatdırılmaya təqdim edilən əşya və ya əşyalar, bağlamalar qanunvericiliklə daşınması və ya saxlanması qadağan olunmayan əşyalar, insan həyatı və ya sağlamlığı üçün təhlükə yaratmayan əşyalar kateqoriyasına aiddir, cinayət yolu ilə əldə edilməmişdir və onun qanuni sərəncamında olan əmlakdır, bu əşya və bağlamaların çatdırılmaya təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə şəxsənməsuliyyət daşıyır.
Platforma üzərindən İstifadəçinin Tərəfdaşlara, Kuryerə və 3-cü şəxslərə verdiyi məlumatlar, şərhlər, qeydlər və açıqlamaların məzmunu ilə bağlı, habelə qanunvericiliyin tələblərinin, 3-cü şəxslərin hüquqlarının pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.

Fors-major

Hazırki Razılaşma üzrə öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyi yerinə yetirməməsini fors-major halların, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə hallar səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.), Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.
Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.

Digər şərtlər

Bu razılaşma İstifadəçi, Platformada qeydiyyatdan keçdikdən və ya TEZİBU app. mobil cihazına yüklədikdən sonra qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir. İstifadəçi nəzərə almalıdır ki, TEZİBU xidməti istənilən vaxtı dayandırıla bilər. Bu xidmətdən hər hansı bir məlumatın ehtiyyat nüsxəsinin çıxardılması üçün istifadə etməyin. Platformamızı və xidmətimizi mümkün qədər mükəmməl etsək də, TEZİBU bu xidmətinetibarlığı, finksionallığı, vaxtı-vaxtında təmin olunması, keyfiyyəti və ya davamlılığıhaqda heç bir zəmanət vermir. TEZİBU bu şərtlər və qaydalarda qeyd olunanlardan əlavə başqa heç bir mövzu ilə bağlı söz və zəmanət vermir. İstifadəçi Administrasiyanı əldən çıxmış fayda, dəymiş mənəvi və maddi ziyanla bağlı məsuliyyətdən azad edir.

Administrasiya istənilən vaxt birtərəfli qaydada bu Razılaşmaya dəyişikliklər edə bilər. İstifadəçinin platformadan istifadəni davam etdirməsi dəyişikliklərlə razı olması və onu qəbul etməsi hesab olunur.
Tərəflərin hər hansı biri digər tərəfə bildiriş göndərməklə bu Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər. Tərəflərin təqdim etdiyi və ya İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanlarına bildiriş göndərilməsi onun təqdim edilməsi sayılır.
İstifadəçi platformadan 3 (üç) ay fasiləsiz istifadə etmədikdə, Administrasiya İstifadəçiyə bildirmədən onun qeydiyyatını bloklaşdıra və ya ləğv edə bilər.
Bu Razılaşmadan irəli gələn mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə, danışıqlar nəticə vermədikdə Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
Tərəflər bu Razılaşmanın, Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.
Tərəflər bu Razılaşmadan irəli gələn məsələlərin həlli və münasibətlərin həyata keçirilməsi ilə əlaqədar məlumatları əgər Razılaşmanın şərtlərindən və qanunvericiliyin tələblərindən ayrı qayda irəli gəlmirsə məxfi saxlamağı öhdəlik götürürlər.

Tələbin güzəşti

Administrasiya bu Razılaşma üzrə bütün və ya istənilən hüquqlarını və ya öhdəliklərini bütövlükdə və ya qismən törəmə müəssisəyə və ya varisə və ya digər üçüncü şəxslərə İstifadəçinin ilkin razılığı olmadan güzəşt etmək hüququna malikdir.
İstifadəçi buradakı hər hansı hüquq və ya öhdəliklərini tam və ya qismən güzəşt etmək hüququna malik deyil.


Administrasiyanın rekvizitləri:

“TEZİBU” MMC:
Ünvan: AZ1001, Bakı şəhəri,
M.Muxtarov ev.188, m.65
VÖEN:1306739691
Bank: Xalq Bank ASC Ağ şəhər filialı
Kodu: 512510
VÖEN:200296061
M/H: AZ24NABZ01350100000000067944
SWIFT: HAJCAZ22
H/H: AZ42HAJCHCRAZN02600199958001